Bir neçə gün əvvəl həbs edilən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə bağlı daha bir şikayət ortaya çıxıb.
Lent.az xəbər verir ki, şikayətə görə Anar Əsədli seçicilərlə görüşə getmək üçün Bakıda fəaliyyət göstərən “Rent A Car 023” şirkətindən avtomobil icarəyə götürüb.
İddia olunur ki, partiya sədri icarəyə götürdüyü avtomobillə qəza törədib və maşına dəymiş ziyanı şirkətə ödəməyib.
Şirkətdən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, hələlik bu barədə hüquq-mühafizə orqanlarına müraciət olunmayıb: "Zərər ödənilməzsə bu barədə polisə müraciət olunacaq".