Kiyevdə Boris Qrinçenko adına Kiyev Universitetinin rektoru Viktor Oqnevyuk özünü güllələyib.
Lent.az-ın Ukrayna mediasına istinadla xəbərinə görə, intihar istintaqın versiyalarından biridir, çünki rektor güllə yarası ilə tapılıb. Onu xilas etməyə çalışsalar da, uğursuz olub.
"Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib... Biz əsas versiyalardan birini nəzərdən keçirərik - bu, intihardır. Ən azı hadisənin bütün halları bundan danışır", - polisdən jurnalistlərə bildirilib.
Həmin şəxsin 63 yaşında olduğu və genişmiqyaslı müharibənin başlaması ilə ərazi müdafiəsi sıralarına qoşulduğu qeyd edilir.
Rektorun ov tüfəngi ilə özünü sinəsindən vurduğu bildirilir.