Bakıda qadın intihara cəhd edib.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu İ.Dadaşov küçəsində baş verib. 63 yaşlı Novruzova Əminə Novruz qızı yaşadığı evin hamam otağında bıçaqla xəsarət yetirib.
Onun uzun müddətdir ki, psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Məlumata görə, Ə. Novruzova rəfiqəsi onun zənginə cavab vermədiyi üçün özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.