Rayonda kişi  keçmiş arvadını   bıçaqladı
19 aprel 2023 18:55 (UTC +04:00)

Rayonda kişi keçmiş arvadını bıçaqladı

0

Şəmkirdə bıçaqlanma baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 33 yaşlı  Zirəddin Zirəddinzadə saxlanılıb.

Bıçaqlanan qadın xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1994

Oxşar yazılar