Qubada maşın dərəyə AŞDI:  Sərinişin ÖLDÜ
24 oktyabr 2022 09:54 (UTC +04:00)

Qubada maşın dərəyə AŞDI: Sərinişin ÖLDÜ

Qubanın Xınalıq kəndində avtomobil qəzası olub.

Lent.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Şıxbaba Hacıyev dumanlı hava şəraitində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə torpaq yolda idarəetməni itirib.

Nəticədə avtomobil dərədən aşıb. Sürücü ağır xəsarət alıb, avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rauf Lalayev isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 2049
avatar

Fidan İlqar

Oxşar yazılar