Qubad İbadoğlunun işi ilə bağlı tutulan Fazil Qasımovun məhkəməsi başlayır
07 avqust 2024 16:03 (UTC +04:00)

Qubad İbadoğlunun işi ilə bağlı tutulan Fazil Qasımovun məhkəməsi başlayır

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımovun istintaqı yekunlaşıb.

Lent.az xəbər verir ki, istintaq orqanı tərəfindən Fazil Qasımovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Əlavə edək ki, Fazil Qasımov Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Müalicə Müəssisəsində konfidensial qaydada qəbul edilib.

Fazil Qasımov barəsində olan cinayət işi ilə bağlı qida qəbulundan imtina etdiyini bildirib, qaldırdığı məsələlər üzrə müraciətləri yerində qəbul olunub.

F. Qasımovun sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması ilə də bağlı müalicə müəssisəsinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Xatırladaq ki, vəkilləri və hüquq müdafiəçiləri Fazil Qasımovun 50 gündən artıqdır aclıq etməsi barədə məlumatlar yayırlar./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar