Bakıda kişi müəmmalı şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verib.
Qəsəbə sakini 49 yaşlı N.Xusnətdinov qonşusunun evində olarkən qəflətən dünyasını dəyişib.
Əslən tatar olan N. Xusnətdinovun hansı səbəbdən ölməsi hələlik bilinmir. Onun, həmçinin, spirtli içki düşkünü olduğu qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.