Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 31-də Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin qohumu Yevlax rayon sakini N.İmamquliyev saxlanılıb.
Həmçinin Masallı rayon Polis Şöbəsi əməkdaşları oktyabrın 28-də baş verən oğurluq hadisəsinə görə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayon ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, şəhər sakini Ə.Quliyev saxlanılıb.
Araşdırma aparılır.