Rostov vilayətində qız evdə oynayan zaman pnevmatik tüfənglə qardaşını güllələyib.
Lent.az xarici mediaya istinadən bildirir ki, ilkin məlumata görə, zərərçəkən evdə qardaşı və bacısı ilə birlikdə olub. Bu zaman uşaqlar silah tapıblar və onunla oynamaq qərarına gəliblər.
"Silahla ehtiyatsız davranması nəticəsində on yaşlı qız qardaşını başından vurub", - məlumatda vurğulanır.
Bundan sonra 12 yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər ona lazımi köməklik göstərib və hadisə barədə polisə məlumat veriblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.