Qaxda yol qəzası: yaralılar var... - FOTO
21 may 2022 08:11 (UTC +04:00)

Qaxda yol qəzası: yaralılar var... - FOTO

Qaxda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə səhər saat 06 radələrində Qax-İlisu avtomibil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən şıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan iki sərnişin, rayonun İlisu kənd sakini 1998-ci il təvəllüdlü Tural Şəfi oğlu Rəşidov və Ənbərçay kənd sakini, 1993-cü il təvəllüdlü Rövşən Tacəddin oğlu Əhmədli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-stabil olduğu və müayinələrin aparıldığı bildirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
 

# 3336
avatar

Oxşar yazılar