Qaradağda "avtoş"luq edən şəxs həbs edildi
20 may 2024 09:42 (UTC +04:00)

Qaradağda "avtoş"luq edən şəxs həbs edildi

Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, Qaradağ DYP-nin əməkdaşları tərəfindən avtomobilində konstruksiya dəyişikliyi etdiyi üçün  “VAZ 2107” markalı, 10-LK-422 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Rüstəmli Elşən Rövşən oğlu saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Rüstəmli sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Arzu Qurbanlı

Oxşar yazılar