Qar uçqunu baş verdi - 6 ÖLÜ
03 iyul 2022 23:05 (UTC +04:00)

Qar uçqunu baş verdi - 6 ÖLÜ

İtaliyanın şimalında Alp dağlarında qar uçqunu baş verib.

Lent.az “Le Matin” saytına istinadla xəbər verir ki, buzlağın bir hissəsinin qırılması qar uçqununa səbəb olub. 

Hadisə nəticəsində 6 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.  Hadisə yerinə helikopterlər cəlb edilib. Buz təbəqəsinin sınmasına dağ zirvəsində temperaturun +10 dərəcə Selsiyə çatması səbəb olub. Ekoloqlar bu cür hadisələrin təkrarlanacağı barədə xəbərdarlıq ediblər.  
 

# 1560
avatar

Oxşar yazılar