Ölkəyə qanunsuz gətirilən və aksiz marakaları olmayan siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, bununla bağlı Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tədbirlər keçirib. Nəticədə ölkəyə qanunsuz yollarla gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaretlər aşkar edilərək götürülüb.
Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57560 ədəd, ümumilikdə 2 fakt üzrə 92960 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.