Qadın təcridxanadakı tanışına  qəndin içərisində   narkotik gətirdi
19 mart 2024 18:16 (UTC +04:00)

Qadın təcridxanadakı tanışına qəndin içərisində narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, məhkum İlqar Cəmşid oğlu Məmmədova tanışı Yelena Aleksandrovna Əhmədovanın gətirdiyi sovqata baxış zamanı oradakı 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,701 qram metadon və 0,319 qram metamfetamin aşkar olunub.

# 2253
avatar

Oxşar yazılar