Rusiyanın paytaxtı Moskvada qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, şəhər sakini olan rusiyalı qadın sevgilisinin arvadının boğazını kəsib.
Məlumata görə, eyni kişinin qanuni arvadı və məşuqəsi iyunun 16-na keçən gecə Xersonskaya küçəsində yerləşən yaşayış binasının girişində görüşüb. Görüş qalmaqala, daha sonra isə bıçaqlanma ilə nəticələnən cinayətə çevrilib. Əlbəyaxa dava zamanı məşuqə rəqibinin boynuna bıçaqla zərbə endirib və hadisə yerindən qaçıb. Daha sonra evinə gedib və orada cinayət zamanı geyindiyi paltarları yuyub.
Paltarlar maddi sübut kimi götürülüb, lazımi məhkəmə-tibbi ekspertizaları təyin edilib. Zərərçəkmiş aldığı yaralardan dünyasını dəyişib.
Hadisəni törədən qadın saxlanılıb.