Azərbaycanın Polşadakı səfirliyi azərbaycanlı qadın və körpəsinin itkin düşməsi ilə bağlı məlumat yayıb.
Lent.az xəbər verir ki, səfiriliyin açıqlamasında hadisədən məlumatlı olduqları və onların tapılması üçün aidiyyatı qurumlara müraciət ünvanlandığı bildirilib.
***
20.12.2023
Saat: 13:47
Polşada azərbaycanlı qadın itkin düşüb.
Lent.az-ın məlumatına görə, bu barədə həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat yayıblar. Bildirilir ki, Vroslav şəhərində yaşayan 28 yaşlı Adilə Mehdiyeva körpəsi ilə birgə yoxa çıxıb. Məlumata görə, dekabrın 17-dən ondan xəbər alan olmayıb.
Hazırda axtarış tədbirləri keçirilir.