Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü
04 mart 2024 17:07 (UTC +04:00)

Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Ziyadxan Həsənbala oğlu Murtuzayev dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir.  

Qeyd edək ki, Z.Murtuzayev yolda uzanan şəxsi maşınla vurub öldürməkdə təqsirli bilinərək həbs edilibmiş.

Hadisə 2023-cü ilin martında İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Murtuzayev Ziyadxan Həsənbala oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən yola uzanmış İmişli rayonunun Boşçallar kənd sakini, 1973-cü il təvəllüdlü Xasayev Fərman Qəhrəman oğlunun üzərindən keçib.

Nəticədə F.Xasayevi avtomobillə vuran Z.Murtuzayev nəqliyyat vasitəsini saxlamayaraq hadisə yerindən qaçıb.

# 3786
avatar

Oxşar yazılar