Tərtərdə sürücü 1 nəfəri vuraraq qaçıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 8-də saat 20 radələrində Tərtər rayonunun Köçərli kəndi ərazisində rayon sakini B.Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Cümşüd Məmmədovu vurub hadisə yerini tərk edib. Nəticədə C.Məmmədov hadisə yerində ölüb.
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan B.Kərimov saxlanılıb.
Araşdırma aparılır.