Paşinyanın həbsi tələb edildi - YENİLƏNİB
17 may 2022 18:55 (UTC +04:00)

Paşinyanın həbsi tələb edildi - YENİLƏNİB

Ermənistan Baş Prokurorluğu 44 günlük müharibədə ölən hərbçilərin valideynlərinin iş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılması ilə bağlı müraciətini qəbul etsə də Baş nazir Nikol Paşinyana qarşı ittiham irəli sürülməsi ilə bağlı vəsatəti qəbul etməyib

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Paşinyanla bağlı müraciət rədd edilib, çünki sənəddə təqdim edilən faktiki baza yalnız onun müəlliflərinin təhlil və nəticələrinə əsaslanır. 

Əlavə edilib ki, müraciətdə qeyd edilən hallar hələ də yoxlanılmalıdır.

***

17:30

“44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri Baş Hərbi İstintaq İdarəsində dindiriliblər. Valideynlər artıq zərərçəkmiş hərbçilərin hüquqi varisi kimi tanınır”.

Lent.az Erməni KİV-ə istinadən xəbər verir ki, bunu həlak olan hərbçilərin yaxınlarının vəkili Vahan Hovhannisyan bildirib.

Vəkilin sözlərinə görə, əvvəl zərərçəkmiş şəxsin hüquq varisi kimi tanınması barədə qərarda əməllərə son dərəcə ümumi hüquqi qiymət verilmişdi:

“Xüsusilə də cinayəti törətmiş iddia edilən şəxslərin konkret adları göstərilməmişdi. Həmin cinayətin səbəbkarı kimi bir qrup vəzifəli şəxs qeyd edilmişdi”. 

Hovhannisyan əlavə edib ki, zərərçəkmişlərin bütün varisləri qeyd olunan təsviri hissəyə etiraz edir, istisnasız olaraq bütün valideynlər qərara etiraz edirlər:

“Valideynlər tələblərinin təmin olunmadığını qeyd edirlər, çünki oğullarının ölümündə yeganə məsul və təqsirkar şəxs Nikol Paşinyandır. Baş nazirin aprelin 13-də verdiyi bəyanatdan sonra belə valideynlər birmənalı olaraq bu qənaətə gəliblər”. 

Vəkil bildirib ki, valideynlər yeni qərarda Nikol Paşinyanın adının təqsirkar şəxs qismində əks olunmasını tələb edirlər.

# 1830
avatar

Rəsul SARI

Oxşar yazılar