Oyun meydançasında partlayış: 22 ÖLÜ
09 iyun 2023 23:29 (UTC +04:00)

Oyun meydançasında partlayış: 22 ÖLÜ

Somalinin cənubunda hərbi sursatın partlaması nəticəsində ikisi uşaq olmaqla 22 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu barədə yerli rəsmilər bildirib.

Mətbuat konfransı zamanı Abdi Əhməd Əli adlı məmur bildirib ki, partlayış Somalinin paytaxtı Moqadişudan təxminən 120 kilometr cənubda yerləşən Qoryoley şəhəri yaxınlığında baş verib.

AFP-nin məlumatına görə, uşaqlardan biri ehtiyatsızlıqla oyun meydançasında partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində ölənlərin çoxu yeniyetmədir.

Region 2007-ci ildən bəri beynəlxalq səviyyədə dəstəklənən Somali federal hökumətinə qarşı üsyana rəhbərlik edən Əl-Şəbab qruplaşmasının hədəfindədir.

Ötən ay Əl-Qaidə ilə əlaqəli qrupun Qoryoleydən təxminən 30 kilometr aralıda yerləşən Bulo Marer şəhərində Afrika İttifaqının bazasına hücumu 54 Uqanda sülhməramlısının ölümü ilə nəticələnmişdi.

Qrup Somalinin əsas şəhər və bölgələrindən sıxışdırılıb çıxarılsa da, kəndlərdə hələ də böyük gücə malikdir.
 

# 1647
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11