Ordumuzun mövqeləri atəşə tutuldu
13 iyul 2022 22:39 (UTC +04:00)

Ordumuzun mövqeləri atəşə tutuldu

0

İyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Lent.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1616

Oxşar yazılar