Ölən icra başçısının əmlakını müsadirə etmək istəyirlər - TƏLƏB
08 iyun 2022 15:11 (UTC +04:00)

Ölən icra başçısının əmlakını müsadirə etmək istəyirlər - TƏLƏB

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovla bağlı apellyasiya məhkəməsinin qərarından protest verilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, prokuror mərhum icra başçısının 600 min manatlıq əmlakı üzərindən həbsin götürülməsindən narazıdır. Protestdə sözügedən əmlakın dövlət nəfinə müsadirə olunması, icra başçısının müavini Ramiz Tatarovun isə cəzasının artırılması tələb edilir.

Xatırladaq ki, mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb.

Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21