Dağıstanda oğlan və qız çayda çimərkən boğulublar.
Lent.az Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Qızılyurt rayonunun Komsomolski kəndi yaxınlığında baş verib.
“8 və 10 yaşlı iki uşaq - bir oğlan və bir qız çayda boğularaq ölüb”, - məlumatda bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yaz-yay mövsümü başlayandan rayon ərazisində 20-yə yaxın belə hadisə qeydə alınıb.