Nəsimi Nəbizadənin qardaşı narkotiklə tutuldu
09 yanvar 2026 20:23 (UTC +04:00)

Nəsimi Nəbizadənin qardaşı narkotiklə tutuldu

0

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəlli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. 

Onlardan  ümumi çəkisi 12 kiloqram 962 qram olan narkotik maddə marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. 

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saxlanılanlardan Elnur Nəbizadə tanınmış jurnalist Nəsimi Nəbizadənin qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1635

Oxşar yazılar