Naxçıvanda dələduz "məmur"  saxlanıldı
16 may 2025 09:46 (UTC +04:00)

Naxçıvanda dələduz "məmur" saxlanıldı

Naxçıvanda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilən tədbirlərlə vətəndaşların etibarından sui-istifadə etməklə çalışdıqları yerlərdə vəzifələrini artırmaq vədi verərək onların maddi vəsaitlərini ələ keçirən 40 yaşlı Elşən Qurbanov barəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar