Naxçıvan şəhər ərazisindəki şadlıq saraylarından birində keçirilən toyda baş verən mübahisə dava ilə yekunlaşıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, dava nəticəsində Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kənd sakini, 27 yaşlı Fərəcov Vüsal Bayram oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla əlaqədar araşdırmalar aparılır.