Naxçıvan-Bakı reysində təyyarənin  oksigen maskaları   açıldı
23 oktyabr 2022 20:21 (UTC +04:00)

Naxçıvan-Bakı reysində təyyarənin oksigen maskaları açıldı

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdır.

Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Fidan İlqar

Oxşar yazılar