Narkotik çəkib   “Volkswagen” sürəndə saxlanıldı
30 may 2022 13:59 (UTC +04:00)

Narkotik çəkib “Volkswagen” sürəndə saxlanıldı

0

Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, “Volkswagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, rayon sakini Hamlet Adıgözəlov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları nəzarət qaydasında saxlayıb.

Hamlet Adıgözəlov

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından o, müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən H.Adıgözəlovun marixuana istifadə edib, avtomobil idarə etdiyi məlum olub.

Özü ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2254

Oxşar yazılar