Narkotacirlərə qarşı ƏMƏLİYYAT:  İki nəfər 46 kilo  marixuana ilə tutuldu -VİDEO
22 yanvar 2026 19:11 (UTC +04:00)

Narkotacirlərə qarşı ƏMƏLİYYAT: İki nəfər 46 kilo marixuana ilə tutuldu -VİDEO

0

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı ölkədə narkotik dövriyyəsi və satışını təşkil edən 32 yaşlı Anar Əhmədov, eləcə də 25 yaşlı Əli Seyidzadə saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onlardan ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar