Müdafiə Nazirliyi polkovnik Məmmədovun ittihamlarına CAVAB VERDİ
11 avqust 2022 20:22 (UTC +04:00)

Müdafiə Nazirliyi polkovnik Məmmədovun ittihamlarına CAVAB VERDİ

Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib. 

Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti ilə əlaqədar olaraq ordu rəhbərliyinə müraciət edib və indiyədək Müdafiə Nazirliyinin xətti ilə 8 dəfə ümumilikdə 1 ildən çox müddətə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. Müalicə dövründə bütün xərclər nazirlik tərəfindən qarşılanıb.

E.Məmmədovun barəsində qəbul edilən qərarla razılaşmaması, Nizamnamə qaydalarına uyğun olaraq müdafiə nazirinə rəsmi müraciət etmədən, etiraz əlaməti olaraq hərbçi etikasına və yüksək rütbəli zabitə yaraşmayan hərəkətə yol verməsi əvvəlki illərdə etdiyi hərəkətlərin təkrarıdır.

Bildiririk ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddini keçən E.Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb.

E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3672

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15