Rusiyanın paytaxtı Moskvada 57 yaşlı azərbaycanlı taksi sürücüsü saxlanılıb.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, A. Tehran adlı sürücü sərnişini öldürməyə cəhddə təqsirli bilinir. Məlumata görə, “Nissan Almera” markalı avtomobilin sürücüsü apardığı sərnişinlə mübahisə etdikdən sonra onu maşından düşürüb. Bundan sonra sərnişinin köynəyini cırıb və boyunbağısını qoparıb. Daha sonra isə bıçağı onun boynuna dirəyərək hədələyib.
Hadisə yerindən qaçan sürücü az sonra saxlanılıb.