Kərəc şəhərində həbsdə saxlanılan güney azərbaycanlı həkim Həmid Qarahəsənlinin 15 il həbs cəzası barədə qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq edilib.
Lent.az "MOUZE" teleqram kanalına istinadla bildirir ki, bu barədə Əlborz əyalətinin baş hakimi Hüseyn Fazili Hirkəndi açıqlama verib.
Onun sözlərinə görə, Həmid Qarahəsənli 15 il həbs cəzasını sürgündə çəkməli olacaq.
Bununla yanaşı, onun həyat yoldaşı Fərzanə Qarahəsənli barəsində də 5 il müddətində sürgündə həbs qərarı verilib.