Mingəçevirdə işə gedən tibb işçisini maşın vurub öldürdü
12 aprel 2023 10:12 (UTC +04:00)

Mingəçevirdə işə gedən tibb işçisini maşın vurub öldürdü

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə bu gün səhər saat 8 radələrində Mingəçevir şəhəri ərazisində qeydə alınıb. Murad Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən piyada, 54 yaşlı Mətanət Əzizovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstaxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, həyatını itirən M. Əzizova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin işçisidir. Hadisə də elə, xəstəxananın qarşısında baş verib. M. Əzizova xəstəxanaya işə getmək üçün yolu keçərkən onu maşın vurub. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Oxşar yazılar