Meyvə yığan 3 nəfəri  ildırım vurub öldürdü
14 iyun 2022 18:45 (UTC +04:00)

Meyvə yığan 3 nəfəri ildırım vurub öldürdü

0

Banqladeşdə tufan zamanı meyvə yığan 3 nəfəri ildırım vuraraq öldürüb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Şibqanc dairəsinin polis rəisi bildirib ki, 40 yaşlı Merina Bequm, əri 50 yaşlı Xayrul İslam və 42 yaşlı Semi Ara Bequm səhər manqo yığmaq üçün kəndlərinin yaxınlığındakı meyvə bağına gediblər.

Leysan başlasa da, qohumlar işi yarımçıq qoymayıb və tezliklə üçlüyün yaxınlığında ildırım çaxıb. Polis rəsmisi bildirib ki, bir kişi və iki qadın hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3204

Oxşar yazılar