“Mercedes” “Jiquli " ilə TOQQUŞŞDU:  İki nəfər...
25 oktyabr 2022 21:32 (UTC +04:00)

“Mercedes” “Jiquli " ilə TOQQUŞŞDU: İki nəfər...

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya  istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində rayon sakinləri 56 yaşlı Füzuli Əliyev və 36 yaşlı Zamiq Quliyev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 2400
avatar

Oxşar yazılar