Məktəblinin xəsarət alması ilə bağlı araşdırmalara başlandı - YENİLƏNİB
27 noyabr 2023 15:13 (UTC +04:00)

Məktəblinin xəsarət alması ilə bağlı araşdırmalara başlandı - YENİLƏNİB

Məktəblinin xəsarət alması ilə bağlı araşdırmalara başlanıb. 

Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Hadisənin səbəbi və baş vermə şəsaiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

***

26 noyabr, saat 23:08

Paytaxtınn Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, araşdırmalarla şagirdin göz nahiyyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.

Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.

***

Saat 21:08

Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb.

Məktəbdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7050
avatar

Oxşar yazılar