Mebel sexindən  3500 manatlıq   oğurluq
10 aprel 2023 13:31 (UTC +04:00)

Mebel sexindən 3500 manatlıq oğurluq

0

Abşeron rayonu, Məmmədli kəndindəki mebel sexindən 3500 manat dəyərində təmir alətlərinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Məlikov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1686

Oxşar yazılar