Masazırda restorandakı yanğın söndürüldü - FOTO -YENİLƏNİB
30 oktyabr 2022 11:09 (UTC +04:00)

Masazırda restorandakı yanğın söndürüldü - FOTO-YENİLƏNİB

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində ilkin məlumata əsasən hər mərtəbəsi 500kv.m olan üçmərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi binanın mansardasında ümumi sahəsi 500kv.m olan restoranın mətbəx mebeli 3kv.m və dam örtüyü 100kv.m sahədə yanıb.

Binanın böyük hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı təhqiqat aparılır.

 

***

10:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada (üçüncü mərtəbəsi restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

# 4305
avatar

Oxşar yazılar