Masallıda yeniyetmə qız itkin düşüb.
Lent.az xəbər verir ki, rayonun Həsənli kəndində yaşayan 16 yaşlı S. Həsənli evdən çıxaraq, bir daha geri qayıtmayıb. Məlumata görə, qız orta məktəbin 9-cu sinfində təhsil alır.
Onun itkin düşməsi barədə atası polisə müraciətində bildirib.
Hazırda Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.