Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən qəza baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ekologiya postunun yaxınlığında baş verib.
1999-cu il təvəllüdlü Seymur Məmmədov yolu keçərkən onu minik avtomobili vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.