Azərbaycanda mağazaya oğurluğa girən şəxs borc dəftərlərini yandırıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a açıqlamasında bildirib ki, gecə saatlarında vətəndaş A.Ağayevə məxsus Neftçala rayonu Təzəkənd kəndi ərazisində yerləşən mağazada baş verən oğurluq hadisəsi ilə bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən bir yeniyetmə saxlanılıb.
Dindirilmə zamanı həmin yeniyetmə törətdiyi əməli etiraf edib.
Araşdırmalar zamanı onun mağazadan müxtəlif növ içki və siqaret oğurladığı, eləcə də vətəndaşların sahibkara olan borc siyahısını yandıraraq məhv etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.