“Lukoyl”un vitse-prezidenti intihar etdi
14 mart 2024 13:50 (UTC +04:00)

“Lukoyl”un vitse-prezidenti intihar etdi

“Lukoyl” şirkətinin vitse-prezidenti Vitali Robertus öz kabinetində intihar edib.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, şirkət 53 yaşlı top-menecerin ölümünün səbəblərini açıqlamayıb. Məlumata görə, Robertusun cəsədi “Lukoyl”un Sretenski bulvarındakı ofisində tapılıb.

Robertus ölümündən bir müddət əvvəl səhhətindən şikayətlənib və baş ağrısı dərmanı istəyib, bundan sonra ofisinə gedib. Bir neçə saat oradan ayrılmayıb və telefona cavab verməyib. İşçilər ofisə girmək qərarına gələrək onun meyitini aşkar ediblər.

O, 30 ilə yaxın şirkətdə çalışıb.

# 3615
avatar

Oxşar yazılar