Bakıda evlərin həyətindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən ümumilikdə 13000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar.
Araşdırma aparılır.