Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Sevda Məmmədovanı vurub. 70 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanda ölüb. Faktla bağlı araşdırma aparılır.