Aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, faktla bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.