Laçında Ermənistan ordusunun  korpus komandiri   yaralandı
11 aprel 2023 18:16 (UTC +04:00)

Laçında Ermənistan ordusunun korpus komandiri yaralandı

0

Laçın istiqamətində baş verən erməni təxribatı nəticəsində Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Qezalyan yaralanıb.

Lent.az Ermənistan mediasına istinadən bildirir ki, o, hazırda əməliyyat olunur.  

Bundan əvvəl KİV-də Ermənistan tərəfinin Laçın istiqamətində atəşkəsin pozulması nəticəsində 3 nəfərin həlak olması barədə də məlumat yayılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də ermənilərin təxribatı nəticəsində ordumuzun da şəhidlər verdiyini açıqlayıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3376

Oxşar yazılar