Kürdə batan yeniyetmənin   meyiti tapıldı -  YENİLƏNİB
11 iyul 2022 19:15 (UTC +04:00)

Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

0

Salyanda Kür çayında batan yeniyetmənin meyiti sudan çıxarılıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Salyan rayonunun Kürkəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 17 yaşlı İsmayılov Məhəmməd Elməddin oğlu Kür çayında çimərkən boğulub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Yeniyetmənin meyiti batdığı yerdən 20 metr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2951

Oxşar yazılar