Kürdə 12 yaşlı uşaq  batdı   - YENİLƏNİB
15 iyul 2022 10:28 (UTC +04:00)

Kürdə 12 yaşlı uşaq batdı - YENİLƏNİB

14.07.2022-ci il tarixində Kür çayının Sabirabad rayonu, Azadkənd kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Abdullayev Əhməd Əkbər oğlunun axtarışları başa çatıb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Xəbərə görə, Ə.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

01:01

Kür çayının Salyan rayonu ərazisndən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Salyan rayonunun Qaraçala kənd sakini, 12 yaşlı Abdullayev Əkbər Əhməd oğlu çayda boğulub.

***

14.07.2022

Saat 23:47

Kür çayında bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2683

Oxşar yazılar