Kürdə batan gəncin paltarları tapıldı  - YENİLƏNİB
25 iyun 2024 09:07 (UTC +04:00)

Kürdə batan gəncin paltarları tapıldı - YENİLƏNİB

Kür çayında batan şəxsin kimliyi məlum olub. 

Lent.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlunu tapmaq hələlik mümkün olmayıb. 

Lakin onun paltarları Kür çayının sahilində aşkar edilib. 

***

24 iyun, saat 18:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3258
avatar

Oxşar yazılar