"Koroğlu"da qəza, yol keçilməz oldu
18 mart 2024 14:51 (UTC +04:00)

"Koroğlu"da qəza, yol keçilməz oldu

Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Ziya Bünyadov prospekti, DİN-in Hospitalının qarşısında isə texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb. Hər iki səbəbdən Heydər Əliyev prospekti, mərkəz və “20 Yanvar” metro stansiyası istiqamətlərində yolda sıxlıq yaranıb.

Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

# 2556
avatar

Arzu Qurbanlı

Oxşar yazılar